Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək

Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
Aktual.az xəbər verir ki, bu barədə "Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir. Tərəflər həm uzunmüddətli atəşkəs məsələsini, həm də Qəzzanın müharibədən sonrakı statusunu müzakirə edəcəklər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Ərdoğan bir neçə gün öncə verdiyi açıqlamasında Qəzza zolağında baş verən hadisələrlə bağlı ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq planının olmadığını demişdi.
Xəbər 136 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR