Elman Rüstəmov: Banklar ehtiyacları olduqları qədər valyuta alırlar

Elman Rüstəmov: Banklar ehtiyacları olduqları qədər valyuta alırlar

“AMB bazarda valyuta təchizatçısı deyil, biz tənzimləyici orqanıq”.

Valyuta bazarında gedən proseslər “üzən məzənnə” vəziyyətindədir. Bizim qrafikimiz var, biz də o qrafiklə bazara valyuta təklif edirik.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov jurnalistlərə bildirib.

“Aparılan sorğular göstərir ki, banklar, demək olar ki, ehtiyacları olduqları qədər valyuta alırlar. Gördüyünüz qədər burada başqa bir proses getmir.

Bu gün bizdə hərrac keçiriləcək, kifayət qədər valyuta təklif olunacaq. Hesab edirəm ki, bazarın tələbatı ödəniləcək. Bir daha deyirəm, AMB bazarda valyuta təchizatçısı deyil, biz tənzimləyici orqanıq.

Bizim başlıca vəzifəmiz “üzən məzənnə” rejimində manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaqdır”, - deyə E.Rüstəmov əlavə edib.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR