Əliyevlə Merkelin Qarabağ müzakirəsi: "Rusiya həlledici rol oynayır"

Əliyevlə Merkelin Qarabağ müzakirəsi:

Almaniya kansleri Angela Merkel hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır.

Aktual.az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel bildirib.

“Təbii ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır. Dağlıq Qarabağ münaqişəsinin həllində biz ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”, - deyə Merkel bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycanın Rusiyanı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini bildirib: “Biz Rusiyaya strateji tərəfdaş kimi baxırıq. Rusiyanın davranışı tamamilə buna uyğundur”.

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR