Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkisi təyin edilib.
Aktual.az xəbər verir ki. bu, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanın tarixində ilk seçki olacaq ki, bütün ölkəmizi əhatə edəcək.
Belə ki, 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra Azərbaycan beynəlxalq səviyyədə tanınan bütün ərazisində öz suverenliyini bərpa edib. Builki seçki ilk dəfə olaraq ölkəmizin bütün ərazisində baş tutacaq.
Xəbər 257 dəfə oxunub.