Əlisahib Hüseynovun seçicilərlə görüşü olub

Əlisahib Hüseynovun seçicilərlə görüşü olub

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Əlisahib Hüseynovun seçicilərlə növbəti görüşü keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş Masazır qəsəbəsində məcburi köçgünlər üçün salınmış yeni yaşayış massivində yerləşən Mədəniyyət və Turizm klubunda keçirilib. Görüşdə Zəngilan-Qubadlı əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib.
Tədbirin aparıcısı tanınmış bədii qiraətçi Ağalar Bayramov Əlisahib Hüseynovun həyat fəaliyyətindən, Qarabağ müharibəsində iştirakından danışıb. Onun söylədiyi şeirlər böyük alqış toplayıb.
Biri sıra tanınmış yazarların iştirak etdiyi tədbirdə şair Fərqanə Mehdiyeva, Dayandur Sevgin çıxış edərək yerli əhalini Əlisahib hüseynova səs verməyə çağırıblar. Onlar bildiriblər ki, problemlərin həlli məhz Əlisahib Hüseynov kimi insanların deputat seçilməsiylə həll oluna bilər.
Jurnalist Esmira Şükürova ölkə prezidentinin əhali üçün hər cür şərait yaratmağa çalışdığını bildirib. O qeyd edib ki, bir sıra məmurların məsuliyyətsizliyi nəticəsində problemlər yaranır, əhali əziyyət çəkir.
Görüşdə partiyanın rayon təşkilatlarının sədrləri də çıxıb ediblər.
Tədbirdə məcburi köçgünlər də çıxış ediblər və indiyə kimi həmin dairədən olan deputatın onların problemləriylə maraqlanmadığını önə çəkiblər.
Sonda çıxış edən Əlisahib Hüseynov bir sıra problemlərə toxunub və həmin məsələlərin həll olunmasına çalışacağını bildirib.
O bildirib ki, ölkə prezidenti daim xalqın rifahı naminə çalışır. Amma bəzi məmurlar yerlərdə ölkə prezidentinin əleyhinə çalışır. “ Məcburi köçgünlərin bu gün yaşadığı evləri onara hansısa məmur bağışlamayıb və onlar bundan istifadə edərək əhalini təzyiqə məruz qoya, hədələyə bilməzlər. Bu probemlər yalnız Azərbaycan prezidenti İlham Əliyevin sayəsində, onun işgüzarlığı nəticəsində həll olunub. Təəssüf ki, bəzi məmurlar yerlərdə ölkə prezidentinin xalq üçün gördüyü işlərə kölgə salmağa çalışırlar”-deyə partiya sədri qeyd edib.
DADP sədri Əlisahib Hüseynovun seçicilərlə görüşü bundan sonra da davam edəcək.

Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR