Əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı yeni standartlar

Əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı yeni standartlar

Nazirlər Kabineti "Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar"ı təsdiqləyib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, əlilliyi olan şəxslərin reabilitasiyası erkən müalicə müddətindən başlanılmalıdır. Əlilliyi olan şəxslərin reabilitasiyası ardıcıl və davamlı olaraq, həyata keçirilməli, əlilliyi olan şəxsin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasına hədəflənməlidir.
Reabilitasiya ilə bağlı tədbirlər sistemi əlilliyi olan şəxsin müayinəsi, ilkin qiymətləndirmənin aparılması, reabilitasiya potensialının və proqnozunun müəyyən edilməsi, fərdi reabilitasiya proqramının hazırlanması, reabilitasiyanın aparılması, reabilitasiyanın gedişatına nəzarət edilməsi, reabilitasiyanın nəticəsinin qiymətləndirilməsi kimi mərhələləri özündə əks etdirir.
Əlilliyi olan şəxslərin reabilitasiyası təyinatından asılı olaraq, tibbi, peşə-əmək, sosial bacarıqların inkişafı, psixoloji-pedaqoji reabilitasiya növlərinə bölünür.

Özəl və bələdiyyə reabilitasiya subyektləri reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və kommunal şəraiti olan binada yerləşdirilməlidir. Özəl və bələdiyyə reabilitasiya subyektlərində çalışan mütəxəssislər çalışdıqları sahə üzrə ali, peşə və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR