“Elə şəkil qoyurlar, sanki efir anonsu deyil, toy dəvətnaməsidir” – Elşən Musayev

“Elə şəkil qoyurlar, sanki efir anonsu deyil, toy dəvətnaməsidir” – Elşən Musayev

"Sevinc Osmanqızı və AXCP sədri Əli Kərimli eyni mənbədən, erməni lobbisindən qidalanır və efir üçün ayırılan pullar da çox güman ki, bu iki nankor ünsür arasında bərabər bölünür”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
 
"Ona görə də qrafikləri var. Həftədə ən az 2 dəfə Azərbaycan dövlətini və hakimiyyətini nüfuzdan salmağa yönələn mövzu ilə çıxış etməlidirlər. Mütləq şəkildə yalan və iftira söyləməlidirlər. Yoxsa pullarını kəsərlər.

Təsəvvür edin ki, dünən BMT səviyyəsində "koridor” məsələsi müzakirə olundu, Ermənistan bütün resurslarını səfərbər etdi ki, Azərbaycana zərbə vursun. Amma alınmadı. Paşinyan növbəti dəfə fiaskoya uğradı, onun istiqamətləndirdiyi çürük xarici siyasət növbəti dəfə acınacaqlı məğlubiyyət yaşadı. Yəni, nəticə etibarilə Azərbaycan möhtəşəm qələbə qazandı! Və...özünü müxalifət adlandıran Əli Kərimli bu barədə danışmır. Susur. Bilirsinizmi niyə? Çünki o adamı milli maraqlar düşündürmür. Çünki o adam özünü azərbaycanlı hesab etmir. Çünki o adam ancaq Azərbaycan dövlətinin, Azərbaycan xalqının zəifləməsini, uduzmasını istəyir. Nəhayət: Çünki o adam ancaq xarici sifarişlərlə, erməni lobbisinin ağzı ilə, rəfiqəsi Sevinc Osmanqızının tövsiyyəsi ilə danışır.

Bərabər şəkillərini də elə qoyurlar, sanki efir anonsu deyil, toy dəvətnaməsidir. Rəzillər!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 4502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR