Əlbəyaxa döyüş növü üzrə idmançımız - Dünya çempionu oldu

Əlbəyaxa döyüş növü üzrə idmançımız   - Dünya çempionu oldu
  • İDMAN

Türkiyənin Antalya şəhərində həvəskarlar arasında keçirilən idmanın əlbəyaxa döyüş növü üzrə VIII dünya çempionatında cəlilabadlı idmançı Toğrul Salmanlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, dünya çempionatında 37 idmançı ilə təmsil olunan Azərbaycan millisi komanda hesabında birinci olub.


İlk dəfə beynəlxalq yarışda iştirak edən T.Salmanlı birinci döyüşünü türkiyəli idmançıya qarşı keçirib. Rəqibi üzərində təmiz qələbə qazanan həmyerlimiz növbəti görüşlərdə əfqanıstanlı və iranlı idmançıları asanlıqla məğlub edib.

Hazırda Toğrul Salmanlı 2016-cı ilin aprel ayında Portuqaliyada keçiriləcək Avropa çempionatına hazırlaşır. 


Aktual.az

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR