Ekspert: Qərbin seçkiləri tənqid etmək üçün heç bir əsası yoxdur

Ekspert: Qərbin seçkiləri tənqid etmək üçün heç bir əsası yoxdur

Yaranmış vəziyyətdə Qərbin Azərbaycanda seçkiləri tənqid etmək üçün heç bir əsası yoxdur.

Bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Stanislav Pritçin deyib.

Onun sözlərinə görə, qiymətləndirmə üçün materialın olmadığı şəraitdə tənqid obyektiv xarakter daşıya bilməz: “Hazırda ATƏT-in tənqidinin hansı fakt əsasında qurulduğunu başa düşmək çətindir, hətta təşkilatın Bakıda daimi nümayəndiliyi yoxdur”.

S.Pritçin qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana missiya göndərməməsi faktı özlüyündə həm tərəflərin Bakıda ATƏT-in daimi nümayəndəliyi məsələsini həll etmək barədə razılığa gələ bilməməsi ilə bağlı əhəmiyyətli işarədir, həm də ATƏT-in seçkiləri qiymətləndirmək üçün ciddi alətdən məhrum olması anlamına gəlir.

Ekspert əlavə edib ki, ATƏT-dən müşahidəçilərin olmaması şəraitində Azərbaycan hakimiyyətinin MDB və digər strukturların müşahidəçilərinin seçkiləri ədalətli qiymətləndirməsi və onların hansısa pozuntularla keçirildiyinə dair danışmağa əsas olmaması üçün istənilən halda maksimum düzgün və şəffaf seçkilər keçirməyə ciddi stimulu var.

O, diqqətə çatdırıb ki, Azərbaycanın vəzifəsi seçkiləri düzgün, açıq və şəffaf keçirməkdir.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR