Əksər dövlət orqanlarının bələdiyyələrin fəaliyyətinə qarışmaq ixtiyarı yoxdur!

Əksər dövlət orqanlarının bələdiyyələrin fəaliyyətinə qarışmaq ixtiyarı yoxdur!

"Bələdiyyələrin seçkili qurum olduğu və onların qərarlarına heç bir dövlət orqanının müdaxilə etmə hüququ olmadığı gerçəyinin pozulması ilə bələdiyyə fəaliyyətində son dövrlər tez-tez rastlaşırıq. Bələdiyyə üzvlərinin iclaslarda aldıqları qərarlar ədliyyə orqanının yaratdığı qurum tərəfindən ya ləğv edilir, ya da yenidən baxılması üçün bələdiyyəyə qaytarılır. Müxtəlif tövsiyyələr adı altında məcburi tövsiyyələr göndərilir ki, az qala hər iclasda bu tövsiyyə xarakterli məktubların müzakirəsi ilə məşğul oluruq”.

Aktual.az xəbər verir ki, bu barədə Elchi.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.

A.Qasımov hesab edir ki, ədliyyə orqanının seçkili orqan olan bələdiyyə üzvlərinin qərarlarına əks qərar verərək onların qərarlarını dəyişdirmək hüququ yoxdur və ola da bilməz:

"Bələdiyyə üzvləri xalq tərəfindən seçki yolu ilə seçildiyi üçün əksər dövlət orqanlarının bələdiyyə üzvlərinin fəaliyyətinə qarışmaq ixtiyarı yoxdur. Təbii ki, bələdiyyə qurumu əsasən şəhər daxili təsərrüfat və torpaq məsələlərinə cavabdeh qurum kimi fəaliyyətini bu istiqamətdə aparır. Söhbət də bundan gedir.
Ədliyyə orqanının bələdiyyənin fəaliyyətinə ən kobud müdaxiləsi torpaqların sənədləşdirilməsi zamanı torpağın həmin ərazidəki qara bazar qiymətlərinə yaxın məbləğin əsas götürülməsini tələb etməsidir. Hal-hazırda bələdiyyədə yeni torpaq fondunun olmamasını nəzərə alsaq, sənədləşdirilməsi istənilən bütün torpaqlar vətəndaşların uzun illər istifadəsində olan torpaq sahələridir ki, bu sahələrin bazar qiymətinə yaxın məbləğə sənədləşdirilməsinin tələb edilməsi qeyri-mümkün haldır, hansı ki dövlət qiyməti bundan xeyli aşağıdır. Belə çıxır ki, dövlət vətəndaşa öz yaşadığı torpağını yenidən ona bazar qiymətinə satır. Təbii ki, bu, məsələnin bir tərəfidir. Əsas məsələ vətəndaşların maddi imkanlarının nəzərə alınmaması, ən pis halda vətəndaşın sənədsiz evdə yaşaması və bələdiyyə büdcəsinin isə gəlirdən məhrum qalmasıdır. Bələdiyyənin imkanlarının olması isə şəhər əhalisinin yol, sosial, şəhid və qazi ailələrinin müəyyən problemlərinin həlli deməkdir”.

Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR