Əhalinin son 150 ildən artıq dövrdə ən yüksək illik artımı - Statistika

Əhalinin son 150 ildən artıq dövrdə ən yüksək illik artımı - Statistika
  • DÜNYA

İsveç Mərkəzi Statistika Bürosunun son məlumatlarına görə, 2016-cı ildə Krallığın əhalisinin sayı 1,46 faiz artıb.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu, 1861-ci ildən bəri ölkədə əhalinin ən yüksək illik artım göstəricisidir.

Statistik məlumatlara görə keçən il Krallığın əhalisinin sayı 144.136 nəfər artaraq 9.995.153 nəfərə çatıb.

Ölkənin statistika idarəsi bu dinamikanı iki amil ilə izah edir - təbii artım və miqrasiya artımı: doğum sayının ölüm sayından çox olması 26.443 nəfər təbii artım yaranmasını təmin edib. Bundan əlavə, miqrasiya proseslərinin xarakteri və geniş miqyas alması da İsveçə öz təsirini göstərir. İsveçə gələnlərin sayı bu ölkəni tərk edənlərin sayından çoxdur. Keçən il miqrasiya artımı sayəsində yeni təbəələrin sayı 117.127 nəfər olub.
 
Aktual.az
Xəbər 935 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR