Əfqanıstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Əfqanıstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib   - FOTO

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri qoyulub.

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR