Əflatun Amaşovdan döyülən jurnalistin ölümünə - Reaksiya

Əflatun Amaşovdan döyülən jurnalistin ölümünə -   Reaksiya

“Rasim Əliyevə fiziki təzyiq göstərənlər, onun ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır. Mətbuat Şurası jurnalistin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, bu əməli törədənlərin tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiyini bildirir”. 

Aktual.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki, bu hadisənin sosial şəbəkələrdə və bəzi media orqanlarında dərhal siyasiləşdirilməsini doğru hesab etmir: “Hadisəni hüquq-mühafizə orqanları araşdıracaqlar. Hələ ki hadisə tam araşdırılmayıb, ona görə məsələni söz və mətbuat azadlığı müstəvisində şərh etmək düzgün olmazdı.  Araşdırma zamanı o da nəzərə alınmalıdır ki, son günlərdə bir neçə olayın ardıcıl baş verməsi ayrı-ayrı qüvvələrin Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsü yaratmaq istədiklərini göstərir.  Eyni zamanda ölkədə bir milyon yarım sosial şəbəkə istifadəçisi var. Hələ ki sosial şəbəkə KİV hesab olunmur.  Lakin sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir. Dəfələrlə bu narahatlıq ifadə edilib, müzakirəyə çıxarılıb”. 

Ə. Amaşov Mətbuat Şurasının hadisənin araşdırılmasını diqqətdə saxlayacağını da qeyd edib.

Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR