Aktual.az xəbər verir ki, Elşən Musayev öz feysbuk səhifəsində görüş barədə bunları yazıb:
"Demokratik Maarifçilik Partiyasının sədri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, çox hörmətli Ədalət Vəliyevin dəvəti ilə görüşdə oldum. Bu görüşü olduqca maraqlı və faydalı hesab edirəm. Detallara və təfsilata varmasam da söyləməliyəm ki, çox əhatəli və geniş bir söhbətimiz oldu. Belə səmərəli görüşlərin davamlı olmasını arzulayıram. Eyni zamanda dəvət üçün Ədalət müəllimə təşəkkür edirəm".