Dünyanın ən böyük saatı Moskvada quraşdırılacaq

Dünyanın ən böyük saatı Moskvada quraşdırılacaq
  • DÜNYA

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, "Moskva-Siti" iş mərkəzinin ərazisində tikilən konsert zalının qübbəsinə dünyanın ən böyük saatı quraşdırılacaq.

Fasadın layihəsi Moskva arxitekturası tərəfindən təsdiqlənib.

Konsert zalının qübbəsindəki saatın diametri 64 metr olacaq. Binanın dam örtüyü və fasadı siferblat rolunu oynayacaq.

Verilən xəbərə görə, saat "Moskva -Siti"nin bütün qüllələri ilə yanaşı yerdən də görünəcək.

Konsert zalının tikintisi 2017-ci ildə başa çatacaq.

Qeyd edək ki, bugün dünyanın ən böyük saatı Məkkədəki "Əbrəc-əl-Beyt" binasındadır. Onun diametri 43 metrdir.
 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR