Dünyanın ən böyük hotelinin istifadəyə veriləcəyi vaxt açıqlandı

Dünyanın ən böyük hotelinin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • DÜNYA

Dünyanın ən böyük hotel layihəsinin dəyəri 3,5 milyard dollar həcmində qiymətləndirilir. 

Aktual.az Fins.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən turizm nəhənginin açılışı 2017-ci ilə nəzərdə tutulub.

Hotelin rəhbərliyinin sözlərinə görə, bütün qonaqlar dəbdəbəli və zəngin interyerli otaqlar, dadlı təamlar və xoş xidmətlə təmin olunacaqlar.

Tikintisi Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən yeni hotelin adı "Abrac Kuday” (Abraj Kudai) olacaq. Binanın layihəsi isə "Dar al-Handasah Group” şirkətinə məxsusdur. Hələ də tikintisi davam edən hotelin açılışından sonra, onun ümumi ərazisi 1,4 milyon m2 olacaq.

"Abrac Kuday” hoteli 10 min otaq, 70 restoran, 4 vertolyot meydançası və 12 qüllədən ibarətdir. Qüllələrdən ən hündürü 45 mərtəbə, ən balacası isə 30 mərtəbədir. Hotel kompleksinin 5-ci mərtəbəsindəki otaqlar Səudiyyə Ərəbistanının kral ailəsi üçün saxlanılacaq.

Hotel dünyanın ən böyük məscidi olan "Məscidül-Həram”dan (Masjid al-Haram) 2 km aralıqda yerləşir. 
 
Aktual.az

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR