Dünyanın aqibəti təhlükədə — Yer qaz buludu ilə toqquşacaq

Dünyanın aqibəti təhlükədə — Yer qaz buludu ilə toqquşacaq
  • DÜNYA

Yer planeti qaz buludu ilə toqquşa bilər.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, qəribə bulud 1.2 milyon kilometr sürətlə Yer planetinə tərəf hərəkət edir. Artıq bu mövzuda aparılan tədqiqatlar sürətləndirilib. Amma NASA-dan verilən xəbərə görə, hələlik təşvişə düşmək lazım deyil.

İlk dəfə 1963-cü ildə Hollandiyada astronomiya təhsili alan Qeyl Smit tərəfindən müşahidə edilən hidrogen buludu mübahisələrə səbəb olmuşdu.

Hubble teleskopu tərəfindən verilən yeni fotolar 50 ildən artıqdır ki, davam edən çalışmalara yeni rəng qatıb.

Son məlumatlara əsasən, iri həcmli bulud 70 milyon il əvvəl qalaktika diskinin ətrafında yaranıb.

Gecə vaxtı səmanı müşahidə edəndə Aydan 30 dəfə böyük olan nəhəng qaz buludunun Samanyolu qalaktikasından kənara necə atıldığı bilinmir. Tərkibində 2 milyon Günəşə kifayət edəcək miqdarda qaz olan bulud kütləsinin qeri qayıtması maraqla gözlənilir.

NASA-dan bildirilib ki, Smit buludu 30 milyon ildən sonra qalaktika ilə toqquşacaq. Toqquşma nəticəsində Yer planetinə yaxın bir ərazidə yeni ulduzlar yaranacaq. Dünyanın aqibətinin necə olacağı hələ bilinmir.
 
Aktual.az 
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR