Dünyanı 12 dəqiqədə məhv edə biləcək “Qara kitab”: Bu gün yeni sahibinə veriləcək

Dünyanı 12 dəqiqədə məhv edə biləcək “Qara kitab”: Bu gün yeni sahibinə veriləcək
  • DÜNYA

Bu gün Amerikada Donald Tramp prezident kürsüsünə rəsmən oturacaq.

Konqres binasında andiçmə mərasimindən sonra strateji  nüvə silahı üçün kodların olduğu çanta da Donald Trampa veriləcək. Çantanın təhvil-təslim prosesində Barak Obamanı adı açıqlanmayan və tanınmayan bir hərbçi müşayət edəcək. Həmin hərbçi "nüvə futbol topu” adlandırılan çantanı daşıyacaq. Çantanın içində "Biskvit” deyilən 7,3 – 13 sm uzunluğunda dijital yazı var. Bu çantada nüvə silahının kodlarını gözdirilir. Prezidentə həmin kodlardan istifadə qaydaları andiçmə mərasimindən sonra açıqlanacaq. Ancaq bu proses ictimaiyyətin gözü qarşısında həyata keçirilməyəcək. 

Tramp and içərkən həmin çanta və hərbçi yavaşca prezidentə doğru hərəkət edəcək. Bundan sonra 1 saat ərzində milyonlarla insanın ölümünə yol aça biləcək bir əmri vermək səlahiyyəti Trampa keçəcək. 

İndi dünyanı düşündürən sual Trampın həmin kodlardan istifadəyə qərar verib-verməyəcəyidir. Beynəlxalq Strateji Etüdlər İnstitutunun silahsızlaşma proqramının direktoru Mark Fitzpatrikin sözlərinə görə, nüvə hücumu üçün yeganə səlahiyyətli şəxs prezidentdir: "Prezidentin nüvə silahını işə salması səlahiyyətini nəzarət altında saxlayacaq mexanizm yoxdur. Ancaq əmri verdiyi andan həmin əmrin həyata keçirildiyi müddətdə başqa şəxslər prosesə qatılır”. 

Amma o da məlumdur ki, prezident bu qərarı birdən-birə və tək qəbul etmir. Prezident əmr verir və müdafiə naziri Konstitusiyaya görə bu əmri yerinə yetirmək məcburiyyətindədir. Nəzəriyyədə nazirin prezidentin sağlam düşünmək bacarığını şübhə altına alaraq əmrin icrasından boyun qaçırması mümkündür, ancaq bu, qiyam anlamına gəlir. Bu halda prezident onu vəzifəsindən dərhal azad edib səlahiyyəti nazirin köməkçisinə verə bilər.

Prezident bir dəfə şəxsiyyətini plastik kartla təsdiqlədikdən sonra hər zaman yanında gəzdirdiyi nüvə silahı çantasını açır. Çantanın içində nüvə hücumunun növlərinə dair "qara kitab” var. Məlumatlara görə, eks prezidentlərdən biri şəxsiyyətini təsdiqləyən kartını kimyəvi təmizləməyə göndərdiyi pencəyin cibində unudub. Beləliklə də kart itib. 

Prezident "qara kitab”dakı siyahıya baxaraq istədiyi hücum növünü seçir. Əmr dərhal Pentaqondakı müharibə otağına yönləndirilir. Ardınca şifrəli təsdiq kodları ilə Nebraskadakı "Offutt” Hava Hücumu Bazasındakı ABŞ Strateji Komanda Mərkəzinə verilir. 

ABŞ və Rusiya bir-birilərinin şəhərlərini dəfələrlə yox edəcək nüvə silahına sahibdirlər. Amerikada təkcə Moskvanı hədəfə alan 100 nüvə başlığı var. Qurudan quruya nüvə başlıqlarının hərəkəti 25-30 dəqiqədir. Sualtı nüvə başlıqları isə bu məsafəni 12 dəqiqəyə qət edə bilir. Zamanın azlığı prezidentə bu həyəcan siqnalının doğru, yoxsa yanlış olduğunu müəyyən etmək üçün imkan vermir. ICBM-lər bir dəfə fırlandıqdan sonra geri çağırılmır və ancaq yeni hücumla məhv edilə bilər. //Cebhe.info
 
Aktual.az
Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR