Dünya tarixçilərinin VIII Atatürk konqresi Gəncədə keçiriləcək

Dünya tarixçilərinin VIII Atatürk konqresi Gəncədə keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk KonqresiTürkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi (ATAM) və AMEA Tarix İnstitutu ilə birlikdə 13-16 oktyabr 2015-ci il tarixində ilk dəfə olaraq AzərbaycanınGəncə şəhərindəkeçiriləcəkdir.Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanının himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilmişdir.

Hər dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirak etdiyi bu nüfüzlukonqresin mövzusu Atatürk və Türk mədəniyyət coğrafiyasında Qafqaz və ətrafınahəsr edilmişdir. VIII Beynəlxalq Atatürk Konqresikeçmişdən günümüzə Qafqaz və ətrafında, xüsusilə də Azərbaycanda mədəni, siyasi, iqtisadi inkişafın elmiəsaslarla araşdırılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, konqresin proqramında XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında,Balkan müharibəsi, Şərq cəbhəsi və İstiqlal savaşında Azərbaycan türkləri, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar, 1920-ci illərdə Sovet-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri, çar Rusiyasının Cənubi Qafqazı işğalında erməni faktoru, XX əsrin əvvəllərində beynəlxalq arenada Azərbaycanın neft siyasəti, 1918-ci ildə Qafqazda olan alman heyətinin Azərbaycanla bağlı hazırladığı raportlar,Azərbaycan səfiri İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti, Birinci Dünya müharibəsində Cənubi Qafqazda demoqrafik vəziyyət,arxiv sənədlərinə görə Birinci Dünya müharibəsində Qafqaz İslam Ordusunun Gəncə və Bakı hərəkatı,“Tərcüman” qəzetində Gəncə, Nuxa (Şəki) və ətrafı, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Heydər Əliyevin dövründə Türkiyə-Azərbaycan münasibətləri,müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsələlərvə s.kimi Azərbaycanla bağlı maraqlı mövzular yer almışdır.

Konqresin Rəyasət Heyəti və Təşkilat Komitəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzininsədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örsvə b. kimi nüfüzlü alimlər təmsil olunmuşlar. Konqresin açılışındaAMEA-nın prezidenti Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Azərbaycan Respublikası Prezidenti administrasiyasının rəsmi nümayəndələri, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və b. rəsmi şəxslərin çıxışı,iki gün ərzindəisə 3 ayrı-ayrı bölmələrdə Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, İtaliya, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Rusiya Federasiyasının Moskva şəhəri, Dağıstan, Adıgey ve İnquşetiya Respublikaları, Krım, Hindistan, Özbəkistan və Qazaxıstandan olan 89 alimin məruzəsi olacaqdır.Ümumilikdə konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcəkdir. Konqresin sonuncu günü qədim Şəki şəhərinə gəzinti təşkil ediləcəkdir.

Bu nüfüzlü konqresin keçirilməsinə hazırlıq məqsədi ilə sentyabrın 2-də Atatürk Araşdırma Mərkəzinin sədr müaviniNihat Büyükbaş və elmi işlər müdiri Hüseyin Tosun, mütəxəssislərDuygu Türker, Aslı Akdoğanbulut İnsanBakıya, konqresin işinin tapşırıldığı “Procesa Mila Organizasyon” şirkətinin sədri Duygu Şahin və Muharrem Eryılmaz isə Gəncəyə gəlmişlər. Sentyabrın 3-də AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov,AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoruCəbi Bəhramov, konqresin əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoruİradə Məmmədova gələn qonaqlar ilə birlikdə Gəncə şəhərinə getmişlər. Burada Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən nümayəndə heyəti qəbul edilmişdir. Gəncə şəhərində Təşkilat Komitəsi Elmar Vəliyevin sədrliyi ilə ilk iclasını keçirdi. Yaqub Mahmudov konqresin işi və ona hazırlıq məsələləri ilə bağlı ətraflı danışdı, sonra isə Elmar Vəliyev konqresin işinə hər cür yardım edəcəyini bildirdi. İclasın sonunda qərara alındı ki, konqresin açılışı və bağlanışı Gəncə şəhər Heydər Əliyev Mərkəzində,konqresin birinci günü əvvəllərAzərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi tarixi binada (hazırda bu binada Gəncə Aqrar Universiteti yerləşir), ikinci gün isə Yeni Azərbaycan Partiyasının (YAP)Gəncə şəhər təşkilatının binasında davam edəcək.Yaqub Mahmudov bu səmimi qarşılanma və konqresə hazırlıq mərhələsinə diqqət və qayğı ilə yanaşdığı üçün Elmar Vəliyevə öz adından və gələn qonaqlar adından təşəkkürünü bildirdi.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdən sonra Təşkilat Komitəsinin üzvləri buradakı şəraitlə tanış olmuş, qonaqların qalacağı otel, hazırlıq məsələləri,konqresin keçiriləcəyi salonlar, texniki avadanlıq və şəhərin tarixi yerləri(Cavad xan türbəsi, Şah Abbas məscidi, Nizami məqbərəsi, Nizami muzeyi, Məhsəti Gəncəvi muzeyi, Gəncə şəhər tarix muzeyi, Gəncə qapıları vəOzan məscidi) ilə tanış olmuşlar.

Konqreslə bağlı Gəncəyə gələn nümayəndə heyəti sentyabrın 5-də Bakıya qayıdacaq vəsentyabrın 9-na qədər AMEA Tarix İnstitutunda hazırlıq məsələlərini müzakirə edəcəklər.


AMEA Tarix İnstitutunun Mətbuat xidməti

Xəbər 1052 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR