DSX-nin 1,8 milyonluq gəmisi hərraca çıxarılır

DSX-nin 1,8 milyonluq gəmisi hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istehsal tarixi 1986-cı il olan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsus "B-98” layihəli "Vixr" tipli gəmini 1,8 milyon manata hərraca çıxaracaq.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, xidmət dekabrın 12-si, 19-u və 21-də növbəti hərracları keçirəcək.
Dekabrın 12-də təşkil ediləcək hərracda 11 avtomobil alıcılara təklif ediləcək. İstehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2 000-14 000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 8 00-10 500 manat arasında dəyişir.
Dekabrın 21-də təşkil olunacaq hərracda isə 40 nəqliyyat vasitəsi iştirakçılara təklif ediləcək ki, onların arasında "Vixr" tipli gəmi də olacaq. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 %-i (180 000 manat) məbləğində beh ödəmək tələb olunur.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR