Dollar nə qədər ucuzlaşacaq? - Proqnoz

Dollar nə qədər ucuzlaşacaq?   - Proqnoz

Azərbaycanda dolların məzənnəsi getdikcə ucuzlaşır.

Azərbaycan Mərkəzi Bankının aprelin 4-nə olan məlumatına görə, bir ABŞ dollarının rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub. 

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev  açıqlamasında bildirib ki, dolların ucuzlaşması müvəqqəti xarakter daşıyır: “Bu, uzun müddət davam edə bilməz. Buna həm dünyada baş verən, həm də ölkə daxilindəki proseslər təsir edir. Dünyada baş verən proseslərə görə neftin qiymətində müəyyən sabitlik yaranıb. Bundan əlavə Federal Ehtiyat Fondunun rəhbəri bildirib ki, ucot dərəcəsini qaldırmağa tələsmir. Yəni, uçot dərəcəsi artsa da bunu hissə-hissə edəcəklər. Bu isə ona gətirib çıxardı ki, dollar əsas valyutalara nisbətdə uzuclaşdı”. 

S.Əliyev qeyd edəb ki, məhz buna görə hərraclarda dollar satışı getdikcə azalır: “Banklar manat tapmır ki, dollar alsın. İkinci bir səbəb vergi ödənişləridir ki, həmin vaxt manata təlabat artır. Bütün bunlar manatın möhkəmlənməsinə gətirib çıxarır. Düşünürəm ki, bu, keçicidir”. 

Ekspert onu da əlavə edib ki, dolların enməsi aprelin ikinci yarısına kimi davam edəcək:“Aprelin sonuna yaxın dolların bahalaşması müşahidə olunacaq”.

Xəbər 1577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR