Doha görüşünün xeyrindən çox ziyanı: neft ucuzlaşır

Doha görüşünün xeyrindən çox ziyanı:   neft ucuzlaşır

Dohadakı iflasdan sonra neft kotirovkaları sürətlə azalmağa başladı və bu tendensiya davam edəcək.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Neft-Qaz Sənayeçiləri Birliyinin Ekspert Şurasının nümayəndəsi Eldar Kasayev deyib.

Onun sözlərinə görə, aprelin 17-də Qətərin paytaxtda Dohada keçirilmiş görüş "OPEK+" formatında dialoqun hər hansı səmərəsi olmadığını nümayiş etdirdi: "Buna səbəb danışıqların əsas iştirakçıları arasında kəskin siyasi və iqtisadi fikir ayrılıqlarının olmasıdır. Səudiyyə Ərəbistanı İrana güzəştə getməyəcək".

E.Kasayev qeyd edib ki, OPEK-in yayda planlaşdırılmış iclası çox güman, müsbət nəticələr verməyəcək: "Çünki ərəb və farsların qarşıdurması davam edəcək, Rusiya, Venesuela kimi bəzi dövlətlərin Ər-Riyad və Tehrana "özünü eşitdirmək" cəhdləri isə uğursuzluğa məhkumdur".

O əlavə edib ki, neftin qiymətlərinin tezliklə sabitləşməsini gözləməyə dəyməz, lakin ortamüddətli perspektivdə vəziyyət yaxşılaşacaq.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR