Moskvada azərbaycanlı iş adamı Hikmət Salayevin diri-diri qəbiristanlıqda basdırılması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti iş adamının diri-diri basdırılması hazırda Azərbaycanda həbsdə olan "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) sifarişi ilə edilib.
"Cinayət axtarışı üzrə tədqiqatçıları aydınlaşdırıblar ki, hadisəyə beş nəfər cəlb olunub. Onlardan iki nəfəri Moskvada, üçüncüsü isə Dağıstanda saxlanılıb. Daha iki nəfər dövlətlərarası axtarışa verilib. Müəyyən edilib ki, cinayətin sifarişçisi Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli "qanuni oğru”dur”, - xəbərdə deyilir.
Qeyd edək ki, hadisə iyunun 6-da baş verib. Naməlum şəxslər Hikmət Salayevdən 30 milyon rublu geri qaytarmağını tələb ediblər. Lakin borcu vermədiyini gördükdə iş adamını diri-diri mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.
Hikmət Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək yardım istəyib. Qardaşı 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini borclu olduqları şəxslərə verdikdən sonra cinayətkarlar Hikməti basdırdıqları yeri nişan veriblər. Xəstəxanaya yerləşdirilən Salayevin qabırğası sınıb.
Aktual.az
Xəbər 1735 dəfə oxunub.