DİQQƏT! Bakı-Qazax yolunda rənglənmə işləri aparılacaq

DİQQƏT! Bakı-Qazax yolunda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Aktual.az-a verilən məlumata görə, işlər sentyabr ayının 30-na qədər davam edəcək. Bu müddət ərazində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR