Daxili İşlər Nazirliyi Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı düşərgədə baş verən yanğınla bağlı məlumat yayıb.
Aktual.az Nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.
Hadisə nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb, xəsrət almış Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əməkdaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evinə gediblər.
Aktual.az
Xəbər 407 dəfə oxunub.