DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasınlar!

DİN başçısından maraqlı əmr: Polis işçiləri arıqlasınlar!
  • DÜNYA

Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin bütün qurumlarına xüsusi tapşırıq göndərilib.

Jurnalistlərə danışan tacikistanlı nazir milis işçilərinin kökəlməyə başlayanda fəaliyyət qabiliyyətinin azaldığını deyib.

Rəhimzoda hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilərinin beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalı olduğunu vurğulayıb.
 

Aktual.az

Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR