Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət

Dövlət İmtahan Mərkəzi ənənəvi sınaq imtahanında iştirak etmək istəyənlərə müraciət edib.

DİM-dən Aktual.az-a  verilən məlumata görə, mayın 27-si və iyunun 11-də ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR