Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq

Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq

Azərbaycanda dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Eyni zamanda xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR