Dəhşətli qəza ilə bağlı daha bir açıqlama

Dəhşətli qəza ilə bağlı daha bir   açıqlama

Dünən Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan sərnişinlərdən ikisinin vəziyyəti ağır olaraq qalır.
Aktual.az xəbər verir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
 
Nazirlik rəsmisi qeyd edib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğuna görə Mərkəzi Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan biri qadın, biri isə kişidir: 
 
“Yaralılardan bir neçəsi əməliyyat olunub. Hazırda onlara lazımı tibbi yardım göstərilir. Yaralıların vəziyyəti diqqətdə saxlanılır”. 
 
Qeyd edək ki, dünən Bakı- Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun qəza törətməsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəzaya düşənlər “Embawood” mebel şirkətinin işçiləri olublar. 
Xəbər 636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR