"Dağlıq Qarabağda baş verən son hadisələrdə heç bir xarici oyunçunu ittiham etmirik" - Lavrov


"Dağlıq Qarabağda baş verən son hadisələrdə biz heç bir xarici oyunçunu ittiham etmirik. Bu hadisələrdə Ankaranı da günahlandırmırıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov moldovalı həmkarı Andrey Qalbur ilə keçirdiyi birgə mətbuat konfransında jurnalistin son hadisələrdə Türkiyənin rolunun olub-olmaması ilə bağlı sualına cavabında bildirib.

“Əlbəttə ki, biz Türkiyə rəhbərliyinin birtərəfli bəyanatını eşitmişik. Lakin ümumilikdə bizim türkiyəli qonşumuz üçün vacib kurs o olmalıdır ki, xarici ölkələrin daxili işlərinə qarışmasın. Gah Suriya, gah İraq... Türkiyə bu ölkələrin daxili işlərinə qarışır, terrora dəstək verməyə davam edir. Bunlara dair lazımi qədər faktlar var. Ona görə də Dağlıq Qarabağda baş verən son hadisələrdə Ankaranın hansı rol oynadığını mühakimə etməyəcəyəm".

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR