Daha bir ölkə TANAP-a qoşula bilər

Daha bir ölkə TANAP-a qoşula bilər

Türkiyə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində yer alıb və Ukrayna da bu layihədə iştirak edə bilər.

Aktual.az report-a istinadən bildirir ki, bunu Kiyevdə keçirilən "Capturing new markets" adlı forumda çıxış edən Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezel deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin ortaq layihəsi olan TANAP-ın inşası 2019-cu ildə başa çatacaq.

Y.C.Tezel həmçinin Ukrayna hökumətinin enerji sektorunda daha təsirli mövqedə olduğunu da xatırladıb:

"Bu il yanvarın 1-dən Rusiya Türkiyə mallarına embarqo qoydu, amma bu Türkiyə Ukrayna münasibətlərinə təsir etmədi. Türk Hava Yolları Ukrayna şəhərlərinə olan uçuşları iki dəfə artırıb. Hətta sabahdan (red. - bu gün) etibarən İstanbul - İvano-Frankovs reysi fəaliyyətə başlayacaq".

Qeyd edək ki, Ukraynanın təbii qaz ehtiyacının böyük bir hissəsi Rusiya hesabına ödənilir.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR