Cinsini dəyişib "qadın" olan Raul: "Azərbaycanlıya ərə gedə bilərəm" - FOTO

Cinsini dəyişib

Əvvəllər Raul Məmmədli olan, cinsini dəyişəndən sonra "Aqness Landau"ya çevrilən 21 yaşlı azərbaycanlı Litvanın qlamur ulduzlarından birinə dönməkdədir.

Müsahibələrindən birində transseksual Raul-Aqness demişdi: "Mən həmişə əməliyyatdan qorxmuşam. Fikirləşirdim ki, bu, təbiətə qarşı çıxmaq deməkdir. Qorxurdum ki, heç vaxt oğlan kimi doğulmuş adamdan qız olmaz. Amma bu məsələni araşdırdıqdan sonra öyrəndim ki, əslində, müasir elm və tibbin qarşısında bunlar elə də çətin bir şey deyil. Hətta elə əməliyyatlar olub ki, inanılmaz dərəcədə uğurlu alınıb. Həm də əməliyyat olunan insandan da çox şey asılıdır. Bir adam qidasına, səhhətinə fikir verərsə, keçirdiyi əməlliyyat da uğurlu alınar. Mən 2015-ci ildə iki əməliyyat keçirdim. Bir burnumdan, bir də sinəmdən. Hər ikisi də çox uğurlu alındı".

O, ailə qurmaq niyyətindədir və azərbaycanlıya ərə gedə biləcəyini istisna etmir.
Sabiq Raul, indiki Aqnes İnstagram-dakı profilində yeni fotolarını paylaşıb.

Xəbər 7277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR