Ceyms Uorlik: "İndi sülh əldə etmək vaxtıdır"

Ceyms Uorlik:

Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etməyi planlaşdırıram.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomat qeyd edib ki, biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik: "Biz ümid edirik ki, bu vaxta kimi, xüsusilə dinc sakinlər arasında çox sayda itkilərlə nəticələnən münaqişə prezidentlərə təkan verəcək ki, bu məsələnin danışıq yolu ilə həll olunmasına diqqətlərini yönəltsinlər. Münaqişənin həll olunma prosesində irəliləyişə nail olmaq üçün Minsk Qrupunun həmsədri kimi fransalı və rusiyalı həmkarlarımla tərəflərlə işləməyə hazıram. İndi sülh əldə etmək vaxtıdır".

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR