Namizədliyi 69 saylı Cəilabad-Masallı-Biləsuvar seçki dairəsindən irəli sürülmüş Fəzail İbrahimlinin seçicilərlə görüşü davam edir.
Fəzail İbrahimli ilə seçicilər arasında növbəti görüş Cəlilabad rayonunun Privolni kəndində və Göytəpə şəhərində baş tutub. Görüşdə Privolni kəndindən və Göytəpə şəhərindən olan ağsaqqallar, ziyalılar, idmançılar, fermerlər, ictimai fəallar və sadə vətəndaşlar iştirak etmişlər. Seçicilər qarşısında çıxış edən Fəzail İbrahimli bu vaxta qədər gördüyü işlər haqqında ətraflı məlumat verərək qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, bu vaxta qədər bir yumruq kimi birləşərək problemlərimizi həll etmişik, bundan sonra da elə olacaq. Mən gücümü sizlərdən, seçicilərimdən, soydaşlarımdan alıram. Görüşdə çıxış edənlər qarşıdan gələn 1 noyabr parlament seçkilərində inandıqları namizədə, əsl ziyalıya-Fəzail İbrahimliyə səs verəcəklərini bildiriblər.
Aktual.az