Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonun Qarazəncir kənd sakinləri - 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.
Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aktual.az
Xəbər 479 dəfə oxunub.