Cari ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 mln. dollar) birinci olub.
Aktual.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Bu siyahıda meşə fındığı ixracı (37 mln. dollar, ötən il 39,5 mln. dollar) ikinci, ilkin formalı polipropilen (36 mln. dollar, ötən il 31,1 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin birinci rübündə ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmində azalma baş verib. Belə ki, qeyd olunan dövrdə 31,3 mln. dollarlıq (ötən il 72,2 mln. dollar) pambıq, 31,2 mln. dollarlıq (ötən il 38,8 mln. dollar) pomidor ixrac edilib.
Xəbər 662 dəfə oxunub.