Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib.
"Report"un məlumatına görə, hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsərrüfatda baş verib.
Belə ki, yırtıcılar bir baş uzunqulaq parçalayıb və bir baş atı yaraılıyıblar. Qonşuları köməyə çağıran ev sahibi yaxınlıqda olan atı yırtıcılardan xilas edə bilib.
A.Hüseynovun bildirib ki, son günlər həm otlaq sahələrinə həm də, həyətlərə yırtıcılar tez-tez hücüm edir. Onun sözlərinə görə, son 3 ayda canvarlar üç baş ulaq və bir neçə xırdabuynuzlu heyvanını parçalayıb.
Kənd sakinləri canavarların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər.
Xəbər 1208 dəfə oxunub.