Cahandar BAYOĞLU: İran adlanan ölkə iqtisadi böhranla yanaşı siyasi böhranla üz-üzədir

Cahandar BAYOĞLU: İran adlanan ölkə iqtisadi böhranla yanaşı siyasi böhranla üz-üzədir

15 noyabr 2019-cu il tarixində benzinin qiymətnin 3 dəfə, yəni 300 faiz artmasının ardından başlanılan və bir həftə boyunca ölkə boyunca davam edən şiddətli etirazların təsiri nəticəsində İran adlanan ölkənin siyasi gündəmində bu dəfə bəzi nazirlərin istefa verməsi və bəzilərinin parlamentdə hesabat verməsi ilə nəticələndi.
İran adlanan ölkənin parlamentində hesabat verməyə dəvət olunan kənd təsərrüfatı naziri Mahmud Höccəti gözlənilmədən istefa verdi. 25 noyabr tarixində isə, prezident Həsən Ruhani tərəfindən bu istefa qəbul edildi. Beləcə Mahmud Höccətinin ietefasından sonra, 2.5 ildir hakimiyyətdə olan Həsən Ruhani tərəfindən təşkil olunmuş hökumət kabinəsində 4 nazirin istefaya verməsi və 3 nazirin istintaqa cəlb edilməsi ilə nəticələndi.
Bununla yanaşı, neft naziri Bijen Namdar Zənganə, təhsil naziri Möhsün Hacı Mirzai və daxili işlər naziri Əbdürıza Rəhmani Fazilinin cinayət suçlusu kimi istintaqa cəlb edilməsi parlamentin gündəminə gətirildi.
"İran” adlı ölkə və ABŞ arasında nüvə başlıqları məsələsi ilə bağlı cərəyan edən böhran sonucunda ölkədə iqtisadi krizis də çox ciddi təsirlə üz-üzə qalmışdır. Belə bir durum qarşısında geri addım atmaq istəməyən İran adlı ölkənin rəhbərliyi əhalinin son etiraz olaylarında da görüldüyü kimi, ağır iqtisadi şərtlərdən dolayı ortaya çıxan etirazlarıın xarici müdaxilələrdən qaynaq tapdığını önə çəkməkdədir. Beləliklə də son olaylardan sonra açıqlama verən "İslam İnqilabının Mühafizləri Korpusu”nun komandanı Hüseyn Səlami bu etiraz nümayişlərinin İrana qarşı hazırlanmış genişmiqyaslı müharibənin bir parçası olduğunu bildirdi.
İran adlı ölkə və ABŞ arasında davam edən böhranla bağlı ölkənin daxilində bulunduğu və gedərək ağırlaşan şərtlər ölkənin fərqli siyasi cinahları bir-birinə yaxınlaşdırmaq görüntüsünü verməyə çalışsalar da, aralarındakı hesablaşmalar, çoxsaylı problemlər dərinləşməkdədir. Kənd təsərrüfatı naziri Mahmud Höccətinin istefası və Həsən Ruhaninin hökumətində təmsil olunan digər nazirlərlə bağlı parlamentdə soruşdurma başladılması bu dartışmalara bir örnəkdir.
Bununla yanaşı, ölkədə uzun müddətdir davam edən yolsuzluq (rüşvət) iddiaları və bu yöndə bir sıra həbslərin baş verməsi, onlara məhkəmələrə tərəfindən verilən cəzalar bu qarşıdurmaların görünən əlamətləridir. Prezident Həsən Ruhaninin qardaşı Hüseyn Feridunin ona qarşı irəli sürülmüş ittihamların ucbatından 1 oktyabr tarixində həbs cəzasına məhkum edilməsi və Ruhaninin çevrəsindəki keçmiş şəhərsalma naziri Abbas Axundinin oğlunun da rüşvətxorluq ittihamı ilə 24 noyabr tarixində həbs edilməsi faktı əslində Həsən Ruhaninin müttəfiqi olan islahatçıların üzərində ağır basqıların daha da çətinləşdiyini göstərən əsas amillərdən biridir.

BAY Birleşik Azerbaycan Yurtları Ocağı Başqanı
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR