Bütün ticarət mərkəzləri yoxlanılacaq - Rusiyada

Bütün ticarət mərkəzləri yoxlanılacaq - Rusiyada

Rusiya ərazisində bütün ticarət mərkəzləri yoxlanılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın baş prokuroru Yuriy Çayka Yekaterinburqa səfəri çərçivəsində bildirib.
Baş prokurorun sözlərinə görə, böyüklüyündən asılı olmayaraq bütün ticarət mərkəzləri yoxlamaya cəlb olunacaq: "Göstəriş vermişəm. Yoxlamalar 1 ay ərzində yekunlaşacaq".
Qeyd edək ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Qeyd edək ki, bu gün Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mətkəzində baş vermiş yanğınla əlaqədar 750 nəfər təxliyə olunub.
Daha öncə isə martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub. Yanğından xəsarət çəkənlərin sayı isə 79-a çatıb.
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR