Avstriya polisi Adolf Hitlerin doğma şəhəri olan Braunau-am-İnn şəhərində Hitlerin oxşarının axtarır.
Publika.az xəbər verir ki, bu haqda yerli media yazıb.
Yerli sakinlər bir neçə dəfə Hitlerin dövrü xarakterik olan kostyum geyinən, tipik bığları və sağ düzümü olan cavan insan görüblər. Onların sözlərinə görə, Hitlerin oxşarı 25-30 yaşlarındadır.
Şahidlər bildirirlər ki, cavan oğlan Hitlerin doğulduğu evin fonunda şəkil çəkdirir, həmçinin kitab mağazasında İkinci dünya müharibəsi haqqında jurnallara baxırdı. O, həmçinin "Harald Hitler” kimi məşhur olan bara baş çəkir.
Avstriya polisi bu vəziyyətin bütün detallarını müəyyənləşdirir. Onlar bildirir ki, Hitlerin oxşarı cəzalandırıla bilər.
"Başqalarının gözlərində Adolf Hitleri şəxsiyyət kimi məşhur etmək cinayətdir”, - deyə regional prokurorluqdan bildiriblər.
Aktual.az
Xəbər 751 dəfə oxunub.