Bukingem Sarayı Twitter-i məhkəməyə verdi

Bukingem Sarayı Twitter-i məhkəməyə verdi
  • DÜNYA

Elon Mask Twitter-i əldə etdikdən sonra şirkətə problemlər yağmağa başlayıb. Bildiyimiz kimi, Mask bir çox işçini işdən çıxarıb və qalanların əksəriyyətinə uzaqdan işə keçməyi təklif edib.
 
Aktual.az bildirir ki, indi də Böyük Britaniya kralı III Çarlzın əmlakını idarə edən "Crown Estate” şirkətə qarşı iddia qaldırıb. Bu addımın səbəbi Twitter-in Londonda, 20 Air Street ünvanında yerləşən baş ofisinin iddia edilən icarə haqqının ödənilməməsidir.

Borcun məbləği açıqlanmayıb, lakin məhkəmə prosesinin "Crown Estate” nümayəndəsinin problemi məhkəməyə getmədən həll etmək üçün əvvəlcə Twitter ilə əlaqə saxlamasından sonra başladığı məlumdur.
 
Çarlz kral olduqdan sonra "Crown Estate Trust” tərəfindən saxlanılan böyük miqdarda kral əmlakını miras alıb. Bu mülklərə yaşayış yerləri, dəbdəbəli ofis sahəsi və Twitter-in Böyük Britaniyadakı baş qərargahının ictimai ünvanı daxildir. Açıq siyahıda son fakturaların 31 dekabr 2020-ci il tarixindən əvvəl edildiyi qeyd edilib.


Dekabr ayında "The New York Times” Twitter-in baş ofisi və San-Fransiskoda icarə haqqını ödəməyi dayandırdığını bildirib. Ofis sahibi də Twitter-i dekabr və yanvar aylarında icarə haqqını ödəmədiyinə görə məhkəməyə verib.
 
Keçən ay şirkət 3,36 milyon dollar məbləğində icarə haqqını ödəyə bilməyib. Bu da ev sahibi "SRI Nine Market Square LLC”ni Twitter-in kredit xəttindən bu məbləği götürməyə vadar edib. Sonradan, Twitter növbəti ay üçün yenidən 3,42 milyon dollar icarə haqqı ödəyə bilməyib. Lakin ev sahibi kredit xəttindən yalnız təxminən 265 min dollar çəkə bilib.
 
Ev sahibi iddia edir ki, Twitter bu icarə ödənişlərini əldən verərək müqaviləni pozub, həmçinin icarə müqaviləsinə uyğun olaraq mülkiyyətçi dəyişikliyi zamanı zəruri olan kredit xəttini 10 milyon dollar artırmayıb.


Platformanı 44 milyard dollara satın alan İlon Mask dəyişiklikləri aktiv şəkildə həyata keçirməyə başlayıb. Xüsusilə, yemək xərcləri azaldılıb, San-Fransisko ofisindən bahalı mebellər, qəhvə maşınları və digər əşyalar hərraca çıxarılaraq bir qədər pul qazanılıb.
 
Növbəti qara buludlar şirkətin Sinqapurdakı Asiya-Sakit Okean qərargahı üzərində dolaşır. Burada da işçilərə əşyalarını ofisdən götürmək və uzaqdan işə keçmək üçün cəmi bir neçə saat vaxtları olduğu bildirilib.


Xatırladaq ki, Twitter-i əldə etdikdən sonra Maskın sərvəti sürətlə əriməyə başlayıb. O, planetin ən varlı adamları arasında birinci yerdən çıxıb.(sfera.az)

Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR