“Bugün savaş başlasa, sabah artıq ön cəbhədə olacağıq” – Əhməd Şahidovdan müharibə mesajı

“Bugün savaş başlasa, sabah artıq ön cəbhədə olacağıq”   – Əhməd Şahidovdan müharibə mesajı

Hüquq müdafiəçisi Kipr Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb

Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Diyalog TV-ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb. 1994-cü ildən bəri atəşkəs elan olunmasına baxmayaraq, işğalçı erməni tərəfinin zaman-zaman təxribatlara əl atdığını və cəbhə xəttində gərginlik yaratdığını bildirən Əhməd Şahidov Azərbaycanın bugün çox güclü bir dövlət olduğunu diqqətə çatdırıb və Azərbaycan ordusunun işğal olunmuş torpaqları azad etməyə tam qadir olduğunu bildirib.

Ali Baş Komandanın bir çağırışına yüz minlərlə gəncin səfərbər olacağını diqqətə çatdıran Əhməd Şahidov savaş başlasa, özünün də ön cəbhədə bir əsgər olaraq, vuruşacağını bildirib.
Həmin müsahibənin videosunu bu ünvandan izləyə bilərsiniz.

Xəbər 2582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR