Bu vasitələr gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bu vasitələr gömrük rüsumundan AZAD EDİLƏCƏK

Milli Məclisin bu gün keçirilən iclasında "Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilib.
 
Aktual.az xəbər verir ki, dəyişikliklə təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad edilir.
 
Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub.
 
Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq.
 
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.
 
Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.


Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR