Bu restoranlar cərimələndi: "Dominos pizza" və... - SİYAHI

Bu restoranlar cərimələndi:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 463 ictimai iaşə obyektində 798 monitorinq keçirib.

AQTA-dan Aktual.az-a verilən məlumata görə, monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu‎, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs Kərimov Arzuman Əhməd-Ağa oğluna məxsus "Green park" restoranı;

2. Bakı şəhəri, Nərimanov rayonu‎, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs İsbəndiyarov Teymur Şökət oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli 1‎ ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Cafe city" restoranı;

4. Bakı şəhəri, Səbail ‎rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Həsənov Sahib Akif oğluna məxsus "Bomond" restoranı;

5. Bakı şəhəri, Suraxanı ‎rayonu, Ə.Mehbalıyev 5 ünvanında yerləşən, fiziki şəxs Bayramov Sahib Əlifxan oğluna məxsus "İki tikə" restoranı;

6. Bakı şəhəri, Nizami ‎rayonu, Ş.Mirzəyev - Çobanzadə küç. kəsişməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviç oğluna məxsus "Nanə lounge" restoranı;

7. Bakı şəhəri, Sabunçu ‎rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev 4V ünvanında yerləşən, fiziki şəxs Əmrahov Cambulad Zahid oğluna məxsus "Pivə" kafesi;

8. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 6 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Ələkbər Xasay oğluna məxsus kafe;

9. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 39 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Cəmil Yaşar oğluna məxsus "Üzüm" restoranı;

10. Bakı şəhəri, Nizami rayonu, Ş. Qurbanov 21 ünvanında yerləşən, hüquqi şəxs "Azemat" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Dominos pizza" restoranı;

11. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, ev 46 ünvanında yerləşən, fiziki şəxs Gülməmmədov Taleh Rüstəm oğluna məxsus "Qala bazar" restoranı;

12. Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov 28 ünvanında yerləşən, fiziki şəxs Qasımov Cəmil Adil oğluna məxsus "Kaman" restoranı;

13. Bakı şəhəri, Nərimanov rayonu‎, Təbriz 144 ünvanında yerləşən, fiziki şəxs Məlikova Sona Mirsaab qızına məxsus kafe;

14. Bakı şəhəri, Nərimanov rayonu‎, Əliyar Əliyev 26, 1956-1989-cu məhəllədə yerləşən, fiziki şəxs Sultanov Emil Nizami oğluna məxsus "Qonşu" restoranı;

15. Bakı şəhəri, Yasamal rayonu, Muxtarov 184 ünvanında yerləşən, fiziki şəxs Murtuzov Elnur Arzu oğluna məxsus kafe;

16. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 532 ünvanında yerləşən, fiziki şəxs Həsənov İlham Sətdar oğluna məxsus "Mizuri” restoranı;

17. Bakı şəhəri,Yasamal rayonu, Mətbuat prospekti 35 ünvanında yerləşən, fiziki şəxs Salamzadə Ramil Kamil oğluna məxsus kafe;

18. Bakı şəhəri, Səbail rayonu, Kefkab Səfərəliyeva 5 ünvanında yerləşən, hüquqi şəxs "Marine Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Holiday inn" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

19. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, fiziki şəxs Hacıyeva Yeganə Novruz qızına məxsus kafe;

20. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Əsədullayev Zaur Əkram oğluna məxsus kafe;

21. Ağcabədi rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Sənan Əli oğluna məxsus dönər evi;

22. Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyə küçəsində yerləşən, fiziki şəxs Hüseynov Çingiz Rafiq oğluna məxsus "Abşeron" kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Xəbər 742 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR