Bu qruplara qeydiyyat başladı, portal çökdü

Bu qruplara qeydiyyat başladı, portal çökdü

Xəbər verdiyimiz kimi, bu gün saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı başlayıb.
Aktual.az xəbər verir ki, hazırda portala daxil olub, kabinet yaratmaqda problemlər yaşanır.
Bənzər problem səhər saatlarında başlamalı olan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat prosesi zamanı da müşahidə olunub. Bu səbəbdən portal bir neçə saat sonra fəaliyyət göstərə bilib. Nəticədə qeydiyyatda gecikmələr yaşanıb.
Səbəb kimi portala çoxsaylı giriş edilməsi ehtimal olunur.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlamışıq.
Xəbər 167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR