Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaz olmayacaq.
Bu barədə
Aktual.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Lökbatan” Qaz Paylayıcı Stansiyasında və "Lökbatan” Qaz Tənzimləmə Məntəqəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 20-də işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.
Təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər 308 dəfə oxunub.