Bu ölkədə prezidenti təhqir edənə 5 il həbs veriləcək

Bu ölkədə prezidenti təhqir edənə 5 il həbs veriləcək
  • DÜNYA

Tacikistan parlamentinin yuxarı palatası ölkə prezidentini təhqir etməyə görə cinayət məsuliyyətini sərtləşdirib.

Cinayət Məcəlləsinin 137-ci maddəsinə edilən dəyişikliyə əsasən, ölkə başçısının ictimai yerlərdə təhqir olunması və ona böhtan atılması halında həmin şəxs 5 ilə qədər müddətə azadlıqdan məhrum olunacaq.

Bundan əvvəl, Tacikistan parlamenti "Sülhün təməlini qoyan və milli birliyi yaradan Millətin lideri” haqda qanun qəbul etmişdi.

Qanuna əsasən, prezident İmaməli Rəhman "Millətin lideri” adını alır. Millətin liderini və onun qohumlarını saxlamaq, yoxlamaq və əmlakı barədə araşdırma aparmaq qanunla qadağan olunur. (Modern.az)
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR