Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək.
Aktual.az xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, Slovakiyanın SPP şirkəti Ukrayna ərazisindən tranzitin dayandırılmasından ehtiyat edərək Azərbaycandan qazın tədarükü üçün qısamüddətli sınaq müqaviləsi imzalayıb. Azərbaycan tərəfdən tərəfdaş dövlət şirkəti SOCAR-dır.
Müqavilə bir aylıqdır. Slovakiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq uğurlu olarsa, bu müddət uzadıla bilər.
Qeyd edək ki, SPP hazırda BP, "ExxonMobil", "Shell", "Eni" və RWE ilə Slovakiyaya qaz tədarükü üçün pilot müqavilələrə malikdir.
Xəbər 326 dəfə oxunub.