Bu jurnalistlər deputat olmaq istəyir – seçkiyə kim gedəcək?

Bu jurnalistlər deputat olmaq istəyir – seçkiyə kim gedəcək?

Xəbər verdiyimiz kimi, artıq Milli Məclis parlament seçkilərinin 2 ay irəli çəkilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Seçkilərin sentyabrın ilk ongünlüyündə keçiriləcəyi gözlənilir.
Aktual.az xəbər verir ki, 2020-ci il seçkilərində bəzi tanınmış jurnalistlər də seçkiyə qatılmışdı. Onlar qarşıdan gələn seçkidə iştirak edəcəklərmi?
Ləman Ələşrəfqızı, Elxan Şükürlü, Jalə Mütəllimova seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı hələ qərar vermədiklərini bildirib.
Zahir Əzəmət, Afət Telmanqızı, Yelena Sidorenko (Eyvazlı) isə sentyabrda keçirilməsi gözlənilən növbədənkənar seçkilərdə iştirak etməyəcəklərini bəyan edib.
Jurnalist Aygün Muradxanlı 28 saylı Sabunçu Seçki Dairəsindən, Fuad Abbasov Xətai rayonu 33 saylı Seçki Dairəsindən, Vüqar Məmmədov Nizami İkinci Seçki Dairəsindən namizədliyini irəli sürəcəyini deyib.
Ceyhun Musaoğlu bildirib ki, öncəki seçkilərdə deputat seçilməsə də, artıq bölgədə millətin vəkili olaraq tanınır. O, hələ namizəd olub-olmayacağına qərar vermədiyini də bildirib.
İltifat Hacıxanoğlu, Zaur Əhməd də qarşıdakı zaman kəsimində qərar verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, 2020-ci ildə 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid sədri İqbal Ağazadə ilə qarşılaşan və seçki nəticələri ləğv edilən Rauf Arifoğluya ünvanladığımız sorğu cavabsız qalıb.
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR