2023-cü ilin yanvar-may aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 7.7 milyon dollar dəyərində məhsul ixrac edib.
Bu barədə
Aktual.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi "İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 5 dəfə və ya 31.4 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 5 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 39.1 milyon dollar dəyərində məhsul ixrac edib.
Xəbər 338 dəfə oxunub.